Ter Ştegen “İnter”ə keçə bilər

Bölmə: İdman › ,
Tarix: 14:51 06.07.2025

 

“Barselona”nın təcrübəli qapıçısı Mark-Andre Ter Ştegen karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. 


"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, alman qolkiperlə “İnter” ciddi maraqlanır. 

 

33 yaşlı futbolçunun transfer dəyəri “Transfermarkt” portalında 12 milyon avro olaraq göstərilib. 


Qeyd edək ki, Ter Ştegen 2014-cü ildən bəri “Barselona”nın formasını geyinir.