"Liverpul" Dioqu Jotanın ölümü səbəbindən mövsümöncəsi toplanışın başlama vaxtını təxirə salıb

Bölmə: İdman › ,
Tarix: 16:03 06.07.2025

İngiltərənin "Liverpul" klubu portuqaliyalı futbolçusu Dioqu Jotanın ölümü səbəbindən mövsümöncəsi toplanışın başlama vaxtını təxirə salıb.

 

“İnformator.az” “The Independent”ə istinadən xəbər verir ki, komanda iyulun 4-də toplaşmalı olsa da bu baş verməyib.

 

Son İngiltərə çempionunun mövsümöncəsi hazırlığının başlama vaxtı məlum deyil. Komanda iyulun 13-də İngiltərənin aşağı liqa təmsilçisi “Preston”la yoldaşlıq oyunu da nəzərdə tutulub. Qeyd edək ki, 28 yaşlı sabiq portuqaliyalı hücumçu iyulun 3-də İspaniyanın qərbindəki Samora əyalətində avtomobil qəzasında həlak olub. Faciədə futbolçu ilə yanaşı, qardaşı da dünyasını dəyişib.