Ukrayna Rusiyaya yeni sanksiya paketi tətbiq edib

Tarix: 17:27 06.07.2025
Ukrayna Rusiyaya qarşı yeni sanksiya paketi tətbiq edib.
"İnformator.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“İndicə yeni sanksiyalar paketi imzalandı. Bunlar Rusiyanın bir çox maliyyə sxemlərini, xüsusən də kriptovalyutanı vuran xüsusi sanksiyalardır. Sanksiyalar Ukrayna Milli Bankının tələbi ilə tətbiq edilib”, - Zelenski bildirib.
Sanksiya siyahısına 60 hüquqi və 73 fiziki şəxs daxil edilib.