Fidan Arakçı ilə görüşüb:-Nələr müzakirə olunub?

Bölmə: Dünya › ,
Tarix: 07:55 07.07.2025

Türkiyənin xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Abbas Arakçı arasında görüş baş tutub.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, tərəflər Rio-de Janeyroda keçirilən BRİKS sammiti çərçivəsində bir araya gəliblər.


Bildirilib ki, görüş zamanı ikitərəfli və regional məsələlər, o cümlədən İranın nüvə fəaliyyəti ilə bağlı proseslər müzakirə edilib.

 

H.Fidan Türkiyənin regiondakı bütün problemlərin diplomatik yolla həllinin tərəfdarı olduğunu və bu yöndə atılacaq addımlara dəstək verəcəyini vurğulayıb.