Azərbaycan yığması Andorraya uduzub

Tarix: 07:57 07.07.2025
16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunda ikinci oyununu keçirib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, Albaniyanın keçirilən yarışda B qrupda yer alan Azərbaycan yığması Andorra komandasına 42:52 hesabı ilə uduzub.
Azərbaycanın millisi ilk oyununda San Marinoya 105:60 hesabı ilə qalib gəlib.
Azərbaycan komandası növbəti görüşünü iyulun 9-da Lüksemburqa qarşı keçirəcək.