İsrail ordusu “Hizbullah”a silsilə zərbələr endirib

Bölmə: Dünya › ,
Tarix: 08:07 07.07.2025

İsrail ordusu Livandakı “Hizbullah” təşkilatının hədəflərinə yeni silsilə zərbələr endirib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, zərbələr Livanın cənub bölgələrində və ölkənin şərqindəki Bekaa vadisində həyata keçirilib. Hücumun hədəfləri “Hizbullah”ın hərbi obyektləri, o cümlədən “strateji silahlar” üçün istehsal və anbar yerləri və raket buraxılış qurğusu olub.