Britaniya İranı özünə ən böyük təhdid adlandıracaq

Bölmə: Dünya › ,
Tarix: 08:11 07.07.2025

Britaniya İranı milli təhlükəsizliyinə ən böyük təhdidlərdən biri adlandırılacaq. 

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti parlamentin kəşfiyyat və təhlükəsizlik komitəsinin əldə etdiyi məxfi hesabata istinadən məlumat yayıb.

 

Nəşrin yazdığına görə, hazırlanmasına iki il sərf olunan 100 səhifəlik sənəddə İranın xüsusi xidmət orqanlarının guya Böyük Britaniyada müxalifləri fiziki cəhətdən aradan qaldırmağa çalışdığına dair nəticə yer alacaq.