Lavrov: Rusiya Avropa ölkələrinə hücum etməyi planlaşdırmır

Bölmə: Dünya › ,
Tarix: 14:02 07.07.2025

Rusiya Avropa ölkələrinə hücum etməyi və ya onları işğal etməyi planlaşdırmır. 

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Macarıstanın "Magyar Nemzet" qəzetinə müsahibəsində bildirib.

 

“Belə ittihamlar həqiqətən də səslənir, biz bunları eşidirik. Ola bilər ki, bu fikirləri irəli sürənlər Rusiyanın planları barədə bizdən daha çox məlumatlıdırlar. Rusiya Avropa ölkələrinə hücum etməyi və ya onları işğal etməyi planlaşdırmır ”, – Lavrov vurğulayıb.