Bu üç futbolçu Samir Abasovun qərarını gözləyir

Tarix: 14:04 07.07.2025
“Neftçi” növbəti mövsümün hazırlıqlarını davam etdirir. “Ağ-qaralar” ötən ayın 25-dən məşqlərin birinci mərhələsinə start verib.
"İnformator.az" "İdmanxəbər.az" a istinadən xəbər verir.
Baş məşqçi Samir Abasov rəhbərliyində haırlıqlarını davam etdirən komandada yaxın günlərdə bəzi futbolçular barəsində qərar veriləcək.
Təcrübəlli mütəxəssis hazırlığın ikinci mərhələsi – iyulun 14-dək üç oyunçu barədə rəhbərliyə konkret fikrini söyləyəcək. Söhbət Ağadadaş Salyanski, Murad Məmmədov və İsmayıl Zülfüqarlıdan gedir.
Onların “Neftçi”dəki aqibəti məhz bu tarixdən sonra bəlli olacaq. Abasov futbolçuların ilkin mərhələdəki performanslarına baxaraq, onlar barədə qərar verəcək. Oyunçuların icarəyə verilməsi də gündəmdədir.
Hazırda Zülfürqalı, Salyanski və Məmmədov Premyer Liqa klublarından təklifləri var. Onların növbəti mövsümə hansı klubda başlayacaqları yaxın vaxtda müəyyənləşəcək.