Maskın partiyası ABŞ seçkilərində namizədlərdən birini dəstəkləyə bilər

Tarix: 08:18 07.07.2025
Amerikalı sahibkar İlon Mask etiraf edib ki, onun yaratdığı Amerika siyasi partiyası gələcək prezident seçkilərində namizədlərdən birini dəstəkləyəcək.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, o öz sosial şəbəkə hesabında belə yazıb.
O bildirib ki, gələn il onun əsas səyləri ABŞ Konqresində yerlər qazanmağa yönələcək: "Prezidentliyə namizədlərdən birinə dəstək istisna deyil, lakin yaxın 12 ayda əsasən Nümayəndələr Palatası və Senat istiqamətinə diqqət veriləcək".