Böyük Britaniya döyüş təyyarələri istehsalını dayandırıb

Bölmə: Dünya › ,
Tarix: 08:26 07.07.2025


Böyük Britaniyanın “BAE Systems” şirkəti sifarişlərin olmaması səbəbindən “Eurofighter Typhoon” döyüş təyyarələrinin istehsalını müvəqqəti dayandırıb .

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

 

Məlumata görə, şirkət 2017-ci ildə imzalanmış 5 milyard funt-sterlinqlik müqavilə çərçivəsində son təyyarələrini Qətərə təhvil verməyə hazırlaşır.