Pandemiya qadınlara daha pis təsir edib

Bölmə: Dünya › ,
Tarix: 08:28 07.07.2025

Elm araşdırma qadınların COVID-19 pandemiyasından kişilərdən daha çox əziyyət çəkdiyini göstərib. 

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, Aberdin Universitetinin alimləri Sinqapur və Turindən olan həmkarları ilə birlikdə belə qənaətə gəliblər.

 

Onlar təxminən 8 il (2015- 2023) məlumatları təhlil ediblər. Nəticələr göstərib ki, pandemiya zamanı qadınların sağlamlığı həm fiziki, həm də psixoloji cəhətdən pisləşib.

 

Tədqiqat "Social Science & Medicine" jurnalında dərc olunub.


Qadınlar daha az meyvə yeməyə başlayıb, spirt istehlakını artırıblar, narahatlıqları və stresləri artıb.