Mbappe “Real Madrid”də klub rekorduna imza atıb

Bölmə: Dünya › ,
Tarix: 08:40 07.07.2025

Klublararası dünya çempionatının 1/4 finalında "Borussiya"ya (Dortmund, Almaniya) qarşı keçirilən matçda (3:2) möhtəşəm qola imza atan "Real Madrid"in hücumçusu Kilian Mbappe indiyədək heç vaxt qırılmamış klub rekorduna imza atıb.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Mbappe bir mövsümdə “Real”ın heyətində 7 müxtəlif turnirdə qol vurub. Bunu da indiyədək heç kim bacarmayıb.

 

Fransalı forvardın aktivində bütün turnirlərdə 58 matçda 44 qol var. O, La Liqada 31, Çempionlar Liqasında 7, İspaniya Kubokunda 2, həmçinin dörd turnirdə 1 qol vurub: İspaniya Superkuboku, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı və Qitələrarası Kubok.