İsrailin nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Qətərə gəlib-KİV

Bölmə: Dünya › ,
Tarix: 13:33 07.07.2025

İsrail nümayəndə heyəti Qəzza zolağında atəşkəs və orada saxlanılan girovların azad edilməsi haqqında razılaşma əldə etmək məqsədilə HƏMAS hərəkatı ilə dolayı danışıqların aparılması üçün Dohaya gəlib.

 

Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail və HAMAS arasında aparılan danışıqların uğursuz nəticələnməsi HAMAS-ın Qətərin təklif etdiyi şərtləri korrektə etməsidir:

 

“Böyük ehtimalla İsrailin hücumlarının dayandırılması və ya tərk-silah olunmaması ilə bağlı təkliflər irəli sürə bilər. Çünki, İsrailin əsas niyyəti məhz HAMAS-ın tərk-silah edilərək Qəzzadan çıxarılması və Qəzzaya tamamilə nəzarəti ələ keçirməsidir, Qəzzada olan insanların oradan köçürülərək Qəzzanı ABŞ-nin köməyilə dağıtmaq və orada kütləvi yaşayış məskənləri salaraq Qəzza bölgəsində ilhaq etməkdir. Bununla da Fələstin dövlətçiliyini məhv etmək niyyəti güdür. Məlum olduğu kimi, Fələstin dövləti 3 ərazidən ibarət olmalıdır: Qəzza, İordaniya çayının sahilləri və Qüds şəhəri. Qüds şəhərini İsrail tamamilə işğal altında saxlayır. İordaniya çayının sahillərində kütləvi yaşayış məskənləri salır. Qəzza bölgəsində də İsrail tərəfindən ələ keçirilmə prosesi ciddi problem yaradacaq məsələdir.

 

İsrailin HAMAS-ın təkliflərini qəbul etməməsinin əsas səbəbi Qəzza bölgəsinin ələ keçirilməsində hesablanmış addımlardır. HAMAS-ın göstərdiyi müqavimət, eyni zamanda irəli sürdüyü şərtlər İsrailə narazılıq yarada bilər.

 

İsrail Qəzza bölgəsindən insanları çıxarmaq üçün onların üzərinə bomba yağdırır. Təəssüflər olsun ki, beynəlxalq münasibətlər sistemini heçə sayan İsrailin sərgilədiyi bu addımlar dünya birliyi tərəfindən də qınanmır. Faktiki olaraq İsrail hazırda Qəzza bölgəsində bu siyasəti həyata keçirir və çox ağır humanitar böhran yaşanır".

 

Çimnaz Telmanqızı