ABŞ bu görüşdən sonra Kiyevə silah göndərəcək

Tarix: 10:16 08.07.2025
ABŞ bu və gələn həftə iki ölkə nümayədəsinin Roma və Kiyevdə keçirəcəyi görüşlərdən sonra Ukraynaya bəzi silah növlərinin tədarükünü bərpa edə bilər.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Politiko” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Ukraynanın yenidən qurulması üzrə beynəlxalq konfransda (10-11 iyul)” Ukraynanın müdafiə naziri Rüstəm Umerovla görüşəcək. Sonra Kiyevdə görüşlər olacaq.
Xatırladaq ki, ABŞ Ukraynaya silahların tədarükünü dayandırıb.