ABŞ-də təyyarə qəzası olub, dörd nəfər ölüb

Tarix: 10:46 08.07.2025
ABŞ-nin Şimali Karolina ştatında kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki azyaşlı uşaq daxil olmaqla dörd nəfərdən ibarət ailə həlak olub.
"İnformator.az" “ABC News”ə istinadən xəbər verir ki, hadisə Sanford-Roli hava limanı yaxınlığında baş verib.
Məlumata görə, dörd sərnişindən üçü hadisə yerində ölüb. Biri xəstəxanaya çatdırılıb, lakin həkimlər onun ölümünü təsdiqləyiblər.
Qəzanın səbəbləri ABŞ Federal Mülki Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi üzrə Şura tərəfindən araşdırılır.