Xankəndidə ABŞ-nin bu mesajını İrana çatdırdıq

Tarix: 15:02 08.07.2025
Vaşinqtonun nüvə danışıqlarının bərpası ilə bağlı mövqeyi artıq İranın hakimiyyət orqanlarına çatdırılıb.
"İnformator.az" "Axar.az" a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“İranın nüvə danışıqlarının bərpası növbəti diplomatik addım olacaq. Biz bu barədə ABŞ-nin rəsmi mövqeyini həm İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən sammitində, həm də BRİKS sammiti çərçivəsində İran tərəfinə çatdırmağa nail olduq”, – Fidan qeyd edib. Nazirin sözlərinə görə, Türkiyə bölgədə sabitlik və dialoqun qorunması üçün vasitəçilik rolunu davam etdirməyə hazırdır.