Energetika nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bölmə: Sosial › ,
Tarix: 10:39 08.07.2025

Energetika naziri Pərviz Şahbazovun iyulun 22-də İsmayıllıda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

 

"İnformator.az" “Report”a istinadən xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, qəbul iyulun 25-də saat 11:00-dan başlayaraq İsmayıllı rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 57) keçiriləcək. Nazir İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Ağsu və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected]), Şəki filialı (əlaqələndirici şəxs: Asim Məmmədov: əlaqə telefonu: (050) 378-28-46, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.