Bakı və Abşeronda unun topdansatış qiyməti azalıb

Bölmə: Sosial › ,
Tarix: 10:55 08.07.2025

İyulun 7-nə Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 25,8-28 manat arasında dəyişib.

 

İnformator.az” Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu göstərici ötən həftə ilə dəyişməyib.

 

O cümlədən, Bakı şəhərində və Abşeron rayonunda unun topdansatış qiyməti 26,5-27,3 manat arasında dəyişib. Minimum qiymət dəyişməz qalıb, maksimum qiymət isə 0,7 % azalıb.

 

Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti Şabran rayonunda qeydə alınıb və 25,8 manat təşkil edib ki, bu da 1 həftə əvvələ nisbətən eynidir.

 

Ən yüksək qiymət isə Gəncə şəhərində müşahidə olunub – burada 50 kiloqramlıq un kisəsi 28 manata satılıb ki, bu da həftəlik müqayisədə eynidir.

 

İyunun 30-na Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 25,8-28 manat arasında dəyişib.

 

Bakı şəhərində və Abşeron rayonunda isə unun topdansatış qiyməti 26,5-27,5 manat arasında dəyişib.

 

Məlumata görə, ölkə üzrə unun ən aşağı topdansatış qiyməti Şabran rayonunda qeydə alınıb və 25,8 manat təşkil edib. Ən yüksək qiymət isə Gəncə şəhərində müşahidə olunub – burada 50 kiloqramlıq un kisəsi 28 manata satılıb.