Final bu topla oynanılacaq

Tarix: 14:10 08.07.2025
Almaniyanın məşhur idman brendi Adidas ABŞ-da keçirilən klublararası dünya çempionatının yarımfinal və final mərhələləri üçün xüsusi olaraq hazırladığı yeni rəsmi topu təqdim edib.
"İnformator.az" "QOL.az" a istinadən xəbər verir ki, bu barədə şirkətin "X" (əvvəlki "Twitter") sosial şəbəkəsində paylaşım edilib.
"Şəhərin işıqları altında şöhrət. 2025-ci il klublararası dünya çempionatının final mərhələsinin rəsmi topunu təqdim edirik", – deyə açıqlamada qeyd olunub.