Ermənistanın keçmiş müdafiə naziri İstintaq Komitəsində dindirilir

Tarix: 18:16 08.07.2025
Ermənistan parlamentində müxalifətçi "Ermənistan" fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan İstintaq Komitəsində dindirilir.
"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
S.Ohanyan 2010-2015-ci illərdə dövlət mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq mənimsəmə ilə bağlı cinayət işi çərçivəsində çağırılıb.
Ötən gün parlament S.Ohanyanın deputat toxunulmazlığının ləğv edilməsinə səs verib.