Ramin Hacılı siyasi fəaliyyətinə son verib və “Ümid" partiyasından ayrılıb

Bölmə: Siyasət › ,
Tarix: 16:33 06.07.2017

Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyinin rəhbəri Ramin Hacılı "Ümid" Partiyası sıralarından ayrılır.

İnformator.az xəbər verir ki, bu barədə R.Hacılı bəyanat ünvanlayıb.

Bəyanatda deyilir: "2014-cü ildə siyasi fəaliyyətimi “Ümid” partiyası və “125-lər Siyasi Klubu”nda davam etdirmək qərarına gəldim. Səbəb Azərbaycanın ictimai və siyasi həyatında nüfuz qazanan insanların bir araya gələrək cəmiyyətə töhvə vermək kimi xoş niyyətlərini dəstəkləmək idi. Nəticədə mən də 2015-ci ilin parlament seçkilərinə “Ümid” partiyasının və “125-lər klubu”nun namizədi kimi qatıldım.

Bəlli səbəblərdən partiya seçkilərdə uğur qazana bilmədi. Seçkidən sonra hərəkatın bir çox üzvləri prosesdən uzaqlaşdılar. Son 15 ildə ilk dəfə olaraq “Ümid” heç bir nümayəndə ilə Parlamentdə təmsil olunmadı. Bu da partiyaya dövlət büdcəsindən ayrılan vəsaitin kəsilməsi demək idi. Bundan sonra mən də bir çox partiyadaşlarım kimi məvacib ala bilmədim və könüllü olaraq da hər hansısa bir vəsaitdən imtina etdim. 2016-cı ildən bütünlüklə öz işlərimə kökləndiyim üçün də partiyada aktiv ola bilmirəm. Bu gün də eyni vəziyyətdi. Bu, defakto partiyadan çıxmağım deməkdir. De-yure partiyada qalmağımı mənəvi borc bilirdim. Çünki sədr İqbal Ağazadə ilə dostluq münasibətlərimiz uzun illərə söykənir. “Ümid”in parlamentdə təmsil olunmamasından dərhal sonra partiyadan getmək mənim prinsiplərimə görə doğru olmazdı. Lakin indi artıq fəaliyyətimi beynəlxalq təşkilat olan Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəsi kimi daha aktiv davam etdirmək istəyirəm. Gücüm və enerjimi bu platformada istifadə edəcəm, Avropada Azərbaycanımızı daha fəal təmsil edəcəm. Hazırda ölkədaxili siysi fəaliyyətimi dayandırır və ictimai fəaliyyətimlə həm daxili, həm də beynəlxalq arenada ölkəmə daha çox töhvə verə biləcyimi düşünürəm. Hesab edirəm ki, Azərbaycanda böyük platform kimi qurulan və beynəlxalq nüfuza malik Azərbaycan Avropa Hərəkatı ilə vətənimizə daha çox xeyir verə bilərik".



119 dəfə oxunub
Bölmədən digər xəbərlər
Ölən hər uşağa görə bütün dünya günahkardır
Hər zaman sülh tərəfdarı olan Azrbaycan xalqı və dövləti Alxanlı kəndində olan qanlı hadisə ilə provokasiyaya çəkilir.
Ramin Hacılı siyasi fəaliyyətinə son verib və “Ümid" partiyasından ayrılıb
Son 15 ildə ilk dəfə olaraq “Ümid” heç bir nümayəndə ilə Parlamentdə təmsil olunmadı.