Azərbaycan millisi Dünya Seriyasında növbəti qələbəsini qazanıb

Bölmə: İdman › ,
Tarix: 11:43 12.07.2025

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində növbəti qələbəsini qazanıb.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, komanda C qrupunda Sinqapuru məğlub edib - 22:10.

 

Yığma bu gün qrupda ikinci matçını Ukraynaya qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

 

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin A qrupunda ötən gün Yaponiyanın "Tsukuba" (21:10) və İsveçrənin "Lozanna" (21:11) komandalarını da üstələyib.