HƏMAS İsrailə güzəştə hazırdır

Tarix: 18:51 13.07.2025
HƏMAS hərəkatı Qətərin 2025-ci ilin yanvarında İsrail silahlı qüvvələrinin Qəzza zolağından çıxarılması üçün təklif etdiyi plana qayıtmağa hazırdır və kiçik güzəştlərə gedə bilər.
"İnformator.az" xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” məlumat yayıb.
Bildirilib ki, HƏMAS nümayəndələri Dohada keçirilən məsləhətləşmələr zamanı hərəkatın Qətər müzakirəçiləri tərəfindən 2025-ci ilin əvvəlində təqdim olunan İsrail ordusunun Qəzza zolağından çıxarılması planının müzakirəsinə qayıtmağa hazır olduqlarını bildiriblər.
Sənəddə yəhudi qoşunlarının anklavın sərhədindən 700 metr daxilində tutduqları mövqelərdən, həmçinin sektorun müəyyən ərazilərindən çıxarılması nəzərdə tutulur.