Hərbi dəstəyin təfərrüatları

Bölmə: Dünya › ,
Tarix: 18:49 25.07.2025

Milli Müdafiə Nazirliyi Suriya rəhbərliyinin Türkiyədən rəsmi səviyyədə hərbi dəstək istədiyini açıqlayıb. Bu tələblə əlaqədar olaraq, Suriyanın müdafiə qabiliyyətini artırmağa yönəlmiş işlərin davam etdiyi bildirilib. Qeyd olunub ki, Türkiyənin Dəməşqdə təkbaşına rəsmi hərbi bazası olmayacaq və dəstək iki əsas istiqamətdə veriləcək: hərbi müşavirlik və əsgər hazırlığı.

 

“Bu dəstəyin məzmunu nə olacaq? Söhbət iki mərhələli dəstəkdən gedib. Birincisi, Dəməşqin Ankaradan rəsmi şəkildə dəstək istəməsidir. Digəri isə Xarici İşlər Nazirliyi səviyyəsində aparılan prosesdir və bu prosesə Milli Müdafiə Nazirliyi də qoşulub. MMN dəstəyi necə verəcək? Türkiyənin Dəməşqdə təkbaşına rəsmi hərbi bazası olmayacaq. Türkiyə bu modeli əvvəllər Azərbaycan, Somali və Liviyada tətbiq edib. Bunlardan birincisi hərbi müşavirlikdir. Suriyadakı silahlı qurumlar bir-birindən fərqli qüvvələrdir və hələlik orduya çevrilməyiblər. Bunun üçün konsepsiya, doktrina və standartlaşdırma tələb olunub. Hərbi müşavirliklə bu sahələrdə strukturlaşdırma aparılacaq.

 

İkinci mərhələ isə əsgər hazırlığıdır. Bu necə həyata keçirilib? Liviyada və Somalidə olduğu kimi quru, dəniz və hava təlim mərkəzləri yaradılıb. Hərb məktəbləri qurulub. Türkiyə Silahlı Qüvvələri bu məktəblərin yaradılmasında və təlimçilərin hazırlanmasında dəstək verəcək. Hazırda silah altında olanlara da bu təlimlər veriləcək. Bu təlimlər həm Suriya ərazisində, həm də Türkiyədə keçiriləcək. Eyni zamanda, Suriya hökumətinin təhlükəsizlik qabiliyyəti müəyyən ediləcək. Bu qabiliyyət ortaya çıxdıqdan sonra nəyə ehtiyac duyulduğu müəyyən olunacaq. Suriya, İDEF sərgisinə çoxsaylı nümayəndə heyəti ilə qatılıb və yerli, milli məhsullara ciddi maraq göstərib. Müdafiə sənayesindən necə istifadə ediləcəyi də Suriya ordusuna öyrədiləcək.

 

İkinci mərhələ isə belədir: Xarici İşlər naziri Hakan Fidan Suriyaya qonşu ölkələrlə birlikdə DEAŞ-la mübarizə üçün bir konsorsium yaradıb. Bir əməliyyat mərkəzinin qurulması gündəmdədir. ABŞ-yə də DEAŞ-la mübarizənin bu konsorsium tərəfindən həyata keçiriləcəyi bildirilib. Bu istiqamətdə inkişafların sürətlənəcəyi gözlənilib.

 

Haberler.com

Aygün Babayeva