11 əsgər əsir alınıb

Bölmə: Dünya › ,
Tarix: 18:50 25.07.2025

Suriyada son günlərdə PKK/YPG ilə hökumət arasında gərginlik getdikcə artıb. Vaxtaşırı toqquşmaların baş verdiyi bölgədə PKK/YPG terror təşkilatı nəzarət məntəqəsinə daxil olan 11 Suriya əsgərini əsir götürüb.

 

Digər tərəfdən, Suriya rəsmi dövlət televiziyası “Əl-İxbariyyə”yə danışan Suriya hökumət rəsmisi PKK/YPG terror təşkilatının milli orduya tam inteqrasiya olmadan bir blok şəklində qoşulmaq istəyinin qəbul edilməyəcəyini bildirib.

 

Şam hakimiyyəti ilə Suriyada SDQ (Suriya Demokratik Qüvvələri) adı altında fəaliyyət göstərən PKK/YPG terror təşkilatı arasında ölkənin şimal-şərqinin inteqrasiyası ilə bağlı aparılan danışıqları dəyərləndirən hökumət rəsmisi “milli birlik” vurğusu edib. O bildirib ki, “müstəqil kimlik” çağırışları vətəndaşlıq prinsipinə ziddir və heç bir halda qəbul edilə bilməz. Belə tələblər ayrılıqçı çağırışlar kimi qiymətləndirilib.

 

Suriya dövlətinin milli birliyi zədələyən və ya təhdidə əsaslanan heç bir bəyanatı qəbul etməyəcəyini bildirən rəsmisi, milli dialoqun silah gücünə və ya xarici qüvvələrə əsaslanaraq deyil, ölkənin birliyinə tam sədaqət əsasında aparılmalı olduğunu vurğulayıb.

 

“Silahı yerə qoymamaq” və birgə milli orduya “hərbi blok” kimi qatılmaq yönündəki çağırışları qəti şəkildə rədd etdiklərini qeyd edən rəsmisi, bu cür yanaşmaların ortaq ordu yaratmaq ruhu ilə açıq şəkildə ziddiyyət təşkil etdiyini deyib.

 

Rəsmisi əlavə edib ki, Suriya hökumətinə görə, davamlı siyasi həllin yeganə yolu dövlətin çətiri altına dönüş və Suriya ərazi bütövlüyü ilə suverenliyi çərçivəsində mümkündür. “Bu isə yalnız ön şərtsiz, silah təhdidindən uzaq və səmimi milli dialoqla reallaşa bilər”, – deyə o bildirib.

 

Haberler.com

Aygün Babayeva