Diana Qasparyan barəsində cinayət işi açılıb

Bölmə: Dünya › ,
Tarix: 16:22 26.07.2025

Ermənistanın Antikorrupsiya Komitəsi Eçmiədzinin keçmiş meri Diana Qasparyan barəsində cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və vəzifə səlahiyyətlərindən sui-istifadə faktları üzrə cinayət işi açıb.

 

"İnformator.az"  xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

 

Cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 441-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndi (vəzifəli şəxs tərəfindən hakimiyyət və ya xidməti səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyətləri aşma) ilə açılıb. Bu əməl 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bundan başqa, keçmiş mer barəsində 46-441-ci maddənin 2-ci hissəsinin 2-ci bəndi və 296-cı maddənin 3-cü hissəsinin 2 və 3-cü bəndləri (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması) ilə açılmış cinayət işinə görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bildirilib ki, cinayət işi ibtidai istintaq mərhələsindədir.