Rusiyada qəzaya uğrayan təyyarənin qara qutusu

Bölmə: Dünya › ,
Tarix: 16:23 26.07.2025

Hökumətlərarası Aviasiya Komitəsi (MAK) Amur vilayətində qəzaya uğrayan “Angara” aviaşirkətinə məxsus An-24 təyyarəsinin qara qutusunun deşifrə olunmasına başlayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə TASS-a komitənin mətbuat xidmətindən məlumat verilib.

 

“Parametrik məlumat daşıyıcısı (maqnit lent) yanğın nəticəsində məhv olub, lakin səsyazıcıdakı məlumatlar qorunub saxlanılıb. Yazının təhlili aparılır”, - məlumatda bildirilib.