Türkiyədə PKK terrorçusu 31 ildən sonra azadlığa buraxılıb

Tarix: 16:27 26.07.2025
Türkiyədə PKK terror təşkilatının üzvü Veysi Aktaş İmralı həbsxanasından azadlığa buraxılıb.
"İnformator.az" bu barədə ANKA agentliyinə istinadla xəbər verir.
Bildirilir ki, terrorçu 31 il 3 ay həbsxanada qaldıqdan sonra iyulun 25-də sərbəst buraxılıb. Qeyd edilir ki, Aktaş İmralı həbsxanasından PKK-nın özünü ləğv etdiyinə dair Abdullah Öcalanın bəyanat verdiyi videoda onun sol tərəfində oturub.