Laçında ağır qəza:-üç nəfər ölüb

Bölmə: Dünya › ,
Tarix: 23:02 26.07.2025

Laçında bir neçə nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"İnformator.az" "Report"a istinadən xəbər verir ki, hadisə Qarakeçdi kəndində baş verib.

 

Belə ki, Mahir Abdullayevin idarə etdiyi “Mersedes” markalı avtomobil aşıb. Hadisə nəticəsində sürücü, habelə sərnişinlər; Şəhla Novruzova və Xədicə Novruzova ölüb. Avtomobildə olan digər sərnişin Ramilə Abdullayeva isə müxtəlif dərəcəli xəsarətlər alıb.


Yaralı xəstəxanaya çatdırılıb.

 

Fakt araşdırılır.