Ermənistanın ticarət dövriyyəsi kəskin azalıb

Bölmə: Dünya › ,
Tarix: 23:03 26.07.2025

Ermənistanın xarici ticarət dövriyyəsi 2025-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 45 faiz azalaraq 9 milyard 668 milyon ABŞ dolları təşkil edib.


"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistanın Statistika Komitəsi məlumat yayıb.


Məlumata görə, bu ilin ilk altı ayında ixrac 2024-cü ilin eyni dövrü ilə müqayisədə 52,8 faiz az, 3 milyard 755,6 milyon ABŞ dolları təşkil edib.

 

Bununla yanaşı, yanvar-iyun aylarında ölkəyə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38,6 faiz az məhsul idxal edilib. İlin birinci yarısında idxalın həcmi 5 milyard 913 milyon ABŞ dolları həcmində qiymətləndirilir. İyun ayında əvvəlki ayla müqayisədə həcm 0,9 faiz artaraq 1 milyard 001,7 milyon ABŞ dolları təşkil edib. Əvvəlki ilin iyun ayı ilə müqayisədə 2025-ci ilin eyni ayı üçün idxalın həcmi 17,1 faiz azalıb.