Obezitənin insan psixologiyasına təsiri

Bölmə: Araşdırma › ,
Tarix: 19:05 04.03.2021

Psixoloq-psixoterapevt Xanım Niftəliyeva

 

4 mart Ümumdünya Piylənmə (Obezitə) ilə Mübarizə Günüdür.

 

Piylənmədən əziyyət çəkən insanların sayı 1975-ci ildə üç dəfə artıb. Həmin tarixdən bu günə qədər isə uşaq və yeniyetmələr arasında obezitə nisbəti təxminən beş dəfə çoxalıb. Obezitə insan sağlamlığı və həyatı üçün risk daşıyan bir neçə xəstəliyin, eyni zamanda 2 növ diabet, qan-damar xəstəlikləri, yüksək təzyiq və xərçəngin müxtəlif növlərinin ortaya çıxmasına səbəb olur. Piylənmə bioloji, ətraf mühit və psixoloji faktorlardan ibarət olan kompleks problemdir.

 

Piylənmənin insan psixologiyasına da müxtəlif təsirləri var. Belə ki, artıq çəki və piylənmədən əziyyət çəkən insanlarda depressiya, narahatlıq, özünə inamın azalması müşahidə olunur. Araşdırmalar göstərir ki, məktəbdə bullinqə məruz qalan uşaqların 63 faizində piylənmə müşahidə olunur. Artıq çəkisinə görə bulinqə və zorakılığa məruz qalmış uşaqlar utancaqlıq, depressiya, özünə inamsız olur, təəssüf ki, bu onların intiharına da səbəb ola bilər. Obezitə 2-5 yaş arası uşaqlarda 13,9 faiz, 6-11 yaş arası uşaqlarda 18,4 faiz, 12-19 yaş arası uşaqlarda 20,6 faiz psixoloji narahatlığa səbəb olur.

 

Yaş və gender piylənmə və ruhi xəstəlik arasındakı əlaqənin güclənməsini müəyyən edə bilər. Cənubi Afrikada Van der Merve tərəfindən aparılan araşdırma ortaya çıxarıb ki, gənc qadınlar obezitədən əziyyət çəkirsə, psixoloji problemlərə görə risk qrupundadır. Artıq çəkili xanımların sıxıntı çəkməyə daha çox meyilli olması bunun səbəbidir.

 

Obezitənin yaratdığı psixoloji problemlər bunlardır:

 

-          Özünə hörmət son dərəcə aşağı düşür. Bu piylənmədən əziyyət çəkən insanlara sosiallaşmağa imkan vermir, həmyaşıdları arasında olmaq istəmirlər. Həmyaşıdları ilə eyni tədbirlərdə olmamaq onları bəzi kiçik yalanlar deməyə də vadar edə bilər.

 

-          Həmyaşıdlarından daha az enerjiyə malik olduğuqlarını düşünürlər və bu da onların tənbəl olduqları hissini yaradır.

 

-          Obez qadınlarda həmişə daha çox stres və narahatlıq olur. Bu stres də özlüyündə daha çox yemək yeməyə səbəb olur. Aktiv yaş qrupu hesab edilən 18-30 yaşlı obez qadınlar daha çox stresli olur.

 

-          Arıqlamaqla bağlı cəhdlər uğursuzluqla nəticələndikdə narahatlıq yaradır. Buna görə də xəyal qırıqlılığı və ümidsizlik yaranır.

 

-          Obez qadınlar ətraflarında olan əksər hadisələrə əsəbi reaksiya verirlər. Onlar hesab edir ki, əsəb güclü qadın olduqlarının təzahürüdür. Amma onlar uşaq ürəklidir və həqiqətən yardıma ehtiyacları var.

 

-          Obez olan insanlarda hormonal balans da pozulur.

 

Piylənmənin qarşısını almaq üçün müəyyən vərdişlərdən qaçmalıyıq. Ucuz, yüksək kalroili yeməklərdən uzaq durmalı, daha çox hərəkət və idman etməliyik. Eyni zamanda, piylənmədən əziyyət çəkən insanlar psixoloqla birgə çalışmalıdır. Psixoloqlar psixoloji narahatlıqların qiymətləndirilməsi və həllində mühüm rol oynayır. Piylənmənin qarşıısnın alınması və müalicəsində psixoloqa ehtiyac var.