Adətən Tarif Şurasının qərarı bəzi TV-lərin izahından şükürlü olur

Bölmə: Araşdırma › ,
Tarix: 16:56 07.07.2021

Ölkədə qazın, işığın, suyun və ümumiyyətlə qiymətlərin qalxması yeni hadisə deyil. Azərbaycan əhli istəməsə də öz həyatında dəfələrlə bu cür halların şahidi olub. Hər qiymət artımında da müəyyən narazılıq, giley-güzardan sonra insanlar yeni qiymətlərə alışıb, daha doğrusu alışdırılıb həyatlarına davam edirblər.

Şübhəsiz ki, bu dəfə də belə olacaq və artıq olmaqdadır. Ona görə də mən Tarif Şurasının yeni “atrtımı”nın üzərində dayanmayıb bu cür proseslərin vətəndaşın həyatına hansı təsirləri göstərməsindən uzun-uzadı danışmaq fikrində deyiləm. Bunu müstəqil iqtisadçılar onsuz da hər dəfəÖlkədə qazın, işığın, suyun və ümumiyyətlə qiymətlərin qalxması yeni hadisə deyil. Azərbaycan  ən azı sosial şəbəkələr üzərindən cəmiyyətə izah edirlər. Necə ki, bu dəfə də etdilər. Mən başqa bir tendensiya barədə danışmaq istəyirəm. Söhbətimin mustafası bir başa qazın, işığın, suyun qiymətinə deyil, onu əsaslandırmağa cəhd edən zümrənin bir qisminə - teleaparıcılara aiddir. Yəni o kəslərə ki, qiymət artımını malalamaq istiqamətində təlimatlandırılıb gündəmə yeridilirlər. Belələri böyüklərindən tapşırığı alanda baş üstə deyirlər, sonra gedib üzərinə öz məişət təfəkkürlərini də qoyub hər şeyi baş-ayaq edirlər. Çünki qabliyyətləri ona çatır. Məlum məsələdir ki, bir ölkədə əgər qiymətlər (xüsusən də enerji daşıyıcılarının) artırsa, hökumət bunu məqbul sayacaq və o cür də təbliğ edəcək. Bu təbii haldır. Çünki prosesin arxasında hökumət özü dəyanır, verdiyi qərarı da müdafiə etməlidir. Bu bütün dünyada belədir. Əgər qiymət artımını hökumət yönlü iqtisadçı, ya siyasətçi təqdir edirsə, bu da təbiidir. Çünki adamın işi, fəaliyyətinin mahiyyəti bunun üzərində qurulub. Amma əgər bu qiymət artımını özünü daima müstəqil kimi qələmə verməyə çalışan hansısa jurnalist, ya media orqanı edirsə, bu artıq başqa məsələdir. Əslində bir sıra media qurumları və jurnalistlərlə bağlı da məsələ aydındır. Deyəcəklər belə yaz, belə de, belə göstər, onlar da edəcəklər. Edirlər də. Amma necə? Çox səviyyəsiz şəkildə. Səbəb birdir. Mediada - TV də danışan jurnalis iqtisadçı deyil. Olmalıdırmı? Yox əlbəttə. Əksəriyyəti orta səviyyəli iqdisatçı da ola bilməz. Amma yaxşı jurnalist olsaydı, “tapşırığın” öhdəsindən səviyyəli şəkildə gələ bilərdi axı. Təqdir etmək tapşırığını gülməli, bəzən hətta ürəkbulandırıcı səviyyədə yox, normal, insanları heç olmasa qıçıqlandırmayan tərzdə yerinə yetirərdi. Ta çıxıb camaata gülməli, səviyyəsiz təkliflər verməzdi. İnsan ən çox o vaxt ağzına nə gəldi danışır ki, o ya heç nə bilmir, ya da hər şeydən bir az, çox cüzi bilir. Ağızdan-ağıza eşidənlər qədər. Onda bax vəziyyət belə olur. Biri guya qaz sərfini azaltmaq üçün xalqa mürəbbənin bişirilmə vaxtnda dəyişiklik etməyi məsləhət görür, o biri işığa qənaət üçün paltarı saat neçədə ütüləmək məqbuldur deyə düşüncələrini bölüşür, başqa biri də öz evində nəyin necə edildiyini misal göstərir. Bir sözlə, hərə evində edilə bilənləri və ediləcəkləri gündəmə gətirməklə öz aləmində xalqı rahatlamış olduğunu düşünür. Belələrinə sosial şəbəkədə həqarət edilndə səbəbini anlamaqda çətinlik çəkirlər.

Çünki özləri nə etdiklərinin mahiyyətini anlamaq iqtidarında deyillər. Onlar şəxsinə edilən həqarətin səbəbini öz varlığında axtarmaqla nicat tapmaqdansa, milləti qınamaqla “şəfa” tapırlar. Əvəzində isə evdə oturub onlara baxan, TV-lərdə aparıcıların məntiqini seyr edən həmən o millət, vətəndaş, kənd adamı elə baxa-baxa da həyətindəki ağacları beynində sıraya düzür, hansını indi kəsib yandırmaq, hansını qışa saxlamaq barədə düşünür. Əksər şəhər adamı isə heç bunu da edə bilmir. Səbəb məlumdur. Niyə əhali qəfildən belə xəyal qırıqlığına uğrayır. Yalnız Tarif Şurasına ya qiymət artımından formalaşacaq sabahkı durumu konkret rəqəmlərlə izah edən iqtisadçılara görəmi? Yox əlbəttə. Həm də mediaya görə. Xüsusən də TV-lərə görə. İlk növbədə də vətəndaşın başının altına heç olmasa yastığı doğru - düzgün itələyə bilməyən bir çox aparıcılara görə. Təsəvvür edin ki, Tarif Şurası bir ocaq qalayır, ümid edir ki, bir-iki günə sönər və unudular, bu vaxt oradan bir jurnalist, buradan bir aparıcı çıxır, gəlib ocağın üstünə benzin tökür, alovlandırır, gedir. Qınayan da olanda trəccüblənir. Budur problem. Söhbət təkcə qiymət artımından da getmir. Bütün sahələrdə belədir. Əgər hansısa dövlət qurumu əhalinin həssas yanaşdığı məsələyə dair xoşagəlməyən qərar qəbul edirsə, dərhal həmin qərarın maddi zərərinin üzərinə mənəvi zərər də qoyan adamlar tapılır. Və bu adamlar çox vaxt TV aparıcıları olur. Yəni bu gün cəmiyyətimiz təkcə özünün ziyanına olan, ən azı maraqlarına uyğun gəlməyən bir sıra rəsmi qəararlardan yox, həm də o qərarların mediada təqdirçsi olan bəzi jurnalistlərdən əziyyət çəkir.

 

Qalib İsmayılov