Azərbaycanda polis rəisi vəzifəsindən azad edildi

Tarix: 12:30 10.03.2023
Şəki Şəhər-Rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Muradov vəzifəsindən azad olunub.
İNFORMATOR.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Şəki Şəhər-Rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Muradov daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
113 dəfə oxunub