Daxili Qoşunların bir qrup hərbi qulluqçusu təltif edildi-SƏRƏNCAM

Bölmə: ,
Tarix: 13:55 11.03.2023

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bir qrup hərbi qulluqçusu təltif edilib.

 

Prezident.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları təltif edilirlər:

 

“Vətən uğrunda” medalı ilə

 

Məmmədov Elçin Əli oğlu – polkovnik

 

Zahidov Aydın Tofiq oğlu – polkovnik

 

“Hərbi xidmətlərə görə” medalı ilə

 

Əliyev Əfqan Zaman oğlu – polkovnik

 

Ağamaliyev Almas Bilal oğlu – polkovnik-leytenant

 

Bağırov Zaur Hacı oğlu – polkovnik-leytenant

 

Əliyev Elşad Vəli oğlu – polkovnik-leytenant

 

İldırımov Səxavət Qəfər oğlu – polkovnik-leytenant

 

Paşayev Azər Qafar oğlu – polkovnik-leytenant

 

Qubatov Neymət Şərafəddin oğlu – mayor

 

Mancanov Rasim Abdulkərim oğlu – mayor

 

Yusubov Etibar Hacımurad oğlu – mayor

 

Musazadə Turqay Məmməd oğlu – kapitan.