Buludlar antibiotiklərə davamlı bakteriyaları saxlaya bilər - Araşdırma

Bölmə: Araşdırma › ,
Tarix: 15:03 01.05.2023

Buludların antibiotiklərə davamlı bakteriyaları uzun məsafələrə daşıya biləcəyini ortaya qoyan bir araşdrmanın nəticələri dərc olunub.

 

İnformator.az CNN-ə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu bakteriyaların insanlara yoluxma ehtimalı çox aşağıdır.

 

Nəticələri beynəlxalq elmi jurnalda dərc edilən araşdırmaya görə, buludlar antibiotiklərə davamlı bakteriyaları saxlaya bilir və onları uzun məsafələrə daşıya bilir.

 

Tədqiqat üçün dəniz səviyyəsindən 1465 metr yüksəklikdəki buludlardan nümunələr toplanıb. Analizdə bir mililitr bulud suyunda orta hesabla 8000 bakteriya olduğu anlaşılıb. Bu bakteriyalarda antibiotiklərə davamlı genlərin 29 alt növü müəyyən edilib.

 

Alimlər bitki örtüyünün səthində və ya torpaqda yaşayan bakteriyaların küləklə atmosferə daşınaraq yüksək hündürlüklərə qalxdığını izah ediblər.

 

Sözügedən məqalədə bakteriyaların müəyyən bir antibiotik qrupuna uzun müddət məruz qaldıqda onlara qarşı müqavimət yarandığı vurğulanıb. Bakteriyalara təsirini itirən antibiotiklər isə funksiyasını itirir və beləliklə, xəstələrin sağalma müddəti uzanır.