Ed Şeran: Eminem sayəsində kəkələmə problemim yox oldu

Bölmə: MEDİA › ,
Tarix: 22:37 22.05.2023

Qremmi mükafatına layiq görülmüş ingilis müğənni Ed Şeran "oğurlanmış mahnı" məhkəməsindən sonra yeni albomu "Subtract" ilə indi gündəmdədir.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, yeni albomunun tanıtımı üçün "The Howard Stern Show" verilişində qonaq olan Şeran uşaqlıqda kəkələdiyini qeyd edib. O, amerikalı reper Eminemin sayəsində həyatının dəyişdiyini və kəkələməyə qalib gəldiyini bildirib.

 

Qeyd edək ki, dünyaca məşhur ulduzun çıxardığı "Subtract" adlı yeni albomu siyahılarda ardıcıl altıncı bir nömrəli albomlardan biri olub. Albomun həyat yoldaşı Çerrinin hamilə ikən şiş aşkarlandığı, yaxın rəfiqəsinin öldüyü, “Shape of you” mahnısına görə məhkəmədə müəllif hüquqları uğrunda mübarizə apardığı bir vaxtda hazırlandığı məlum olub.

 

Fatima