Türkiyəli illüstrator rəssama Nyu Yorkda hücum olundu

Bölmə: Hadisə › ,
Tarix: 19:31 25.05.2023

ABŞ-da yaşayan türkiyə əsilli Emine Yılmaz Özsoy adlı illüstrator rəssam Nyu-Yorkda vağzalda təcavüzkar tərəfindən qatarın qabağına itələnərək ağır yaralanıb.

 

İnformator.az qərb mediasına istinadən xəbər verir ki, Özsoyun bundan sonra bədəninin boynundan aşağı hissələrini hərəkət etdirə bilməyəcək.

 

Xatırladaq ki, daha əvvəl Türkiyə mətbuatında səhifə tərtibatçısı kimi çalışan Özsoy 2017-ci ildən Nyu-Yorka köçüb.