Amsterdamın mərkəzində marixuana çəkmək qadağan olundu

Bölmə: Sosial › , Maraqlı › ,
Tarix: 21:30 25.05.2023

Bundan sonra Amsterdamın mərkəzində marixuana çəkmək qadağan olundu.

 

İnformator.az xəbər verir ki, qaydaları pozanlar 100 avro cərimələnəcəklər. Tənzimləmənin məqsədi narkotikdən istifadə edən turistlərin, xüsusən də ictimai yerlərdə yaradılan narahatlığı mümkün qədər azaltmaqdır. 

 

Qadağa şəhərin mərkəzində marixuana satılan kafelərin terraslarında oturanlara şamil edilməyəcək. 

 

Qeyd edək ki, Amsterdam bələdiyyəsi narahatlığın qarşısı alınmadığı təqdirdə kafelərdə qadağa qoyulma məsələsinin də gözdən keçiriləcəyini bildirib. 

 

Fatimə Mustafayeva