Dünyanın ən yaşlı iti "Bobi"nin sirri sağlam qidalanmasıdır

Bölmə: Maraqlı › ,
Tarix: 21:54 26.05.2023

Portuqaliyada gözətçi iti olan Bobi dünyanın ən yaşlı iti kimi rekord qırıb.

 

İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı it hələ də gəzə bilir. Bunun sirri sağlam qidalanmasıdır. 

 

“Özümüz üçün bişirdiyimizi Bobiyə də veririk. O ancaq təbii yemək yeyir. Düşünürəm ki, qida vacib amildir. Eyni zamanda o heç vaxt zəncirlə bağlanmır. Bütün bunlar heyvanlara azadlıq verir. Buna görə də o, bütün bu müddət ərzində həmişə azad yaşayıb. Bobi qocalıb, daha yavaş yeriyir və görmə qabiliyyəti zəifdir, lakin yaxşı iştahı var”- deyə sahibi bildirib.

 

Şəbnəm