Sahildə 13 metr uzunluğunda balina göründü

Bölmə: Maraqlı › ,
Tarix: 22:36 26.05.2023

Pakistanın Bəlucistan əyalətində təxminən 13 metr uzunluğunda ölü mavi balina sahilə çıxıb.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Pakistanın Bəlucistan əyalətinin Qvadar bölgəsindəki Civani şəhərinin sahilində ölü balina tapılıb. Təxminən 8-10 gün əvvəl öldüyü təxmin edilən balinanın güclü dalğalar səbəbindən sahilə çıxdığı bildirilib.

 

13 metr uzunluğundakı balinanı sahilə çıxarmaq üçün işlərə başladığı açıqlanıb. Bölgəyə gələn Dünya Vəhşi Təbiət Fondunun səlahiyyətliləri ölüm səbəbini araşdırmaq üçün balinadan qan və toxuma nümunələri götürüblər.

 

Sahil təhlükəsizlik işçiləri isə qabarmağa başlayan balinanın partlama riski olduğundan yerli əhaliyə əraziyə yaxınlaşmamaq barədə xəbərdarlıq edib.

 

Qeyd edək ki, uzunluğu 33 metr olan mavi balinalar Beynəlxalq Təbiəti Mühafizə İttifaqının nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanlar siyahısındadır.