Heyvan aktivistlər Kral Çarlzın quzularını oğurladılar

Bölmə: Maraqlı › ,
Tarix: 22:33 26.05.2023

Bir qrup heyvan hüquqları müdafiəçisi Kral Çarlzın Sandrinqem Estate ərazisinə daxil olub.

 

İnformator.az qərb mediasına istinadən xəbər verir ki, onlar kəsilməyə hazırlaşan üç quzunu xilas etmək istədiklərini iddia ediblər.

 

23 yaşlı Sarah Foy, 23 yaşlı Roza Şarki və 33 yaşlı Roz Patterson, dünən səhər "açıq xilasetmə"missiyası daşıyan qoyun oğurluqlarına görə Vindzordakı polis bölməsinə təslim olublar. 

 

Daily Telegraph-a danışan qrup heyvanların naməlum bir yerə aparıldığını qeyd edib.

 

Şəbnəm