Daşqınlarda zədələnmiş kitablar dondurularaq saxlanılacaq

Bölmə: Maraqlı › ,
Tarix: 23:26 26.05.2023

Ötən həftə 15 nəfərin ölümünə səbəb olan daşqınlardan sonra İtaliyada təmir işləri davam edərkən zədələnmiş sənət əsərlərini də xilas etmək üçün səylər göstərilir.

 

İnformator.az BBBC-yə istinadən xəbər verir ki, suyun altında qalmış köhnə kitablar və əlyazmalar dondurma üsulu ilə xilas edilməyə çalışılır. Eyni zamanda zədələnmiş mədəni irsin bərpasını maliyyələşdirmək üçün muzeyə giriş haqları artırılır.

 

İtaliyanın şimal bölgəsində daşqınlarda 23 min adamın təxliyə edildiyi, əkinçilik sahələrinin 42 faizinin sel sularından təsirləndiyi müəyyənləşib. Dağıntıların qiymətləndirilməsi və təmir işlərinin davam etdiyi bölgədə əlverişsiz hava şəraiti ilə əlaqədar bu gün “qırmızı həyəcan” elan edilib.

 

Daşqından sonra rayondakı kitabxana, muzey və tarix-mədəniyyət abidələrində də təmir işləri aparılır.