Acun Ilıcalı 54 yaşını yaxınları ilə qeyd etdi - FOTO

Tarix: 23:15 30.05.2023
Türkiyəli iş adamı Acun Ilıcalı 54 yaşını dostları, ailəsi və sevgilisi ilə qeyd edib.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, karyerasındakı uğurları ilə tez-tez gündəmdə olan Acun Ilıcalının 54 yaşı tamam olub.
Günlərdir ad gününü dostları, ailəsi və sevgilisi ilə qeyd edən Ilıcalı həmin anları sosial media hesabında izləyicilərlə paylaşıb.
Ilıcalı sevgilisi 24 yaşlı Çağla Altunkaya ilə birlikdə də görüntülərini paylaşıb.








