Başındakı çəlləkdən günlər sonra xilas edildi

Tarix: 16:43 31.05.2023
Slovakiyanın Raj milli parkında başında plastik çəlləklə gəzən ayı 17 gün sonra təbiəti mühafizə qrupları tərəfindən xilas edilib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, hərəkətə keçən təbiəti mühafizə qrupları 17 gün sonra milli parkın Straten bölgəsində sözügedən ayını tapıb və xilasetmə əməliyyatına başlayıb.
Ayının başındakı konserv ilə uzun müddət sağ qalmasına və bu şəkildə su içməyi öyrənməsinə təəccübləndiklərini bildirən mühafizə işçiləri baytarın köməyi ilə ayını yuxuya verib, çəlləyi başından çıxarıblar.
Baytar nəzarətindən sonra ayı təbiətə buraxılıb. Ayının çöl donuzları üçün buraxılmış 30 litrlik çəlləkdəki qarğıdalını yemək istəyərkən başının ilişdiyi müəyyən olub.
Aydan