Alimlər bu qadının axtarışında - ağrı hiss etmir

Bölmə: Maraqlı › ,
Tarix: 19:09 01.06.2023

Şotlandiyada yaşayan Co Kameron adlı qadın yalnız yanmış dəri iyini duyduqda bir yerinin yandığının fərqinə varır.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, sobadan istifadə edərkən tez-tez qollarını yandırır, amma heç bir ağrı hiss etmədiyi üçün onu bundan xəbəri olmur. Kameron heçbir ağrı hiss etməməklə yanaşı, qorxu və narahatlıq kimi duyğulardan da uzaqdır.

 

Bu qadın dünya üzrə yalnız bir insanda görülən bir növ genetik mutasiyaya malikdir. Bəzi elm adamları bunun tibbi möcüzə hesab edir. Anadangəlmə analjeziya adlanan bu vəziyyət artan tərləmə və ya qoxu duyğusunun olmaması kimi digər simptomlarla müşayiət oluna bilir.

 

London Universitet Kollecinin alimləri xroniki xəstəlikləri olanlarda ağrı yollarının necə bağlana biləcəyini anlamaq üçün onun genlərini araşdırmağa çalışırlar.

 

Aydan