Qida zəhərlənmələrinin səbəbi bilindi - ARAŞDIRMA

Bölmə: Sosial › ,
Tarix: 20:12 01.06.2023

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) öz təhlil hesabatında qida zəhərlənməsi kimi yoluxucu xəstəliklərin 40 faizinin xəstə halda işə gələn restoran və ya qida biznesi işçiləri ilə əlaqəli olduğunu ortaya qoyub.
 
İnformator.az Qərb mediasına istinadən xəbər verir ki, ABŞ Səhiyyə və Sosial Xidmətlər Departamenti nəzdində ictimai sağlamlıq və təhlükəsizlik üzrə çalışan CDC 2017-2019-cu illəri əhatə məlumatlarla təhlil araşdırması edib. Nəticədə restoran və iaşə kimi qida bizneslərindən qaynaqlanan xəstəliklərin təxminən 40 faizinin çalışan işçilər tərəfindən törədildiyi ortaya çıxıb.
 
CDC hesabatında qusma və ishal əlamətləri olan norovirusun qida yoluxucu xəstəliklərin 47 faizinə, salmonellaların isə 18,6 faizinə cavabdeh olduğunu vurğulanıb. Bildirilib ki, bu xəstəliklər işə xəstə halda gələn işçi tərəfindən törədilir.