Çoxdandır arzulanan toy reallaşdı!

Bölmə: Sosial › , Maraqlı › ,
Tarix: 23:00 01.06.2023

İordaniyanın vəliəhd şahzadəsi Əl Hüseyn bin Abdullah və Səudiyyə Ərəbistanından olan Rəcva Əl Seif İordaniyanın paytaxtı Əmmandakı Zəhran sarayında toy ediblər. 

 

İnformator.az CNN TURK - ə istinadən bildirir ki, toy günü ölkədə bayram elan edilib. Çoxdan gözlənilən kral toyu İordaniyada baş tutub. Yeni gəlin Əl Seif livanlı dizayner Elie Saabın zərif ağ gəlinliyini, vəliəhd şahzadə Abdullah isə öz hərbi formasını geyinib. Toy mərasimindən sonra yeni cütlük ictimaiyyəti paradla salamlayaraq toyun keçiriləcəyi Əl Hüseyniyyə Sarayına yollanıblar.

 

Sayad