Türkiyənin olduğu coğrafiya təbii fəlakətlərlə üz-üzə qala bilər

Bölmə: Sosial › , Dünya › ,
Tarix: 16:10 02.06.2023

Almaniyanın Maks Plank İnstitutunun elmi jurnalı "Geophysics”də dərc edilən araşdırma Türkiyə üçün yaxınlaşan təhlükəyə diqqət çəkib.

 

İnformator.az "HaberGlobal”a istinadən xəbər verir ki, Yaxın Şərq və Şərqi Aralıq dənizi bölgəsi yaxın gələcəkdə görünməmiş ekstremal hava hadisələri ilə sarsılacaq.

 

Məqalədə bu bölgə iqlim dəyişikliyinin mərkəzi kimi təsvir edilir və ərazidə temperatur artımı sürətinin qlobal orta göstəricidən təxminən iki dəfə yüksək olduğu vurğulanır.

 

Alimlər Türkiyənin də daxil olduğu bölgə ölkələrinin qarşıdakı illərdə istilik, quraqlıq, qum fırtınaları və həddindən artıq yağıntı kimi çətinliklərlə üzləşəcəyinə işarə edirlər.

 

Proqnozlara əsasən, bu əsrin sonuna kimi regionda temperaturun 5 dərəcəyə qədər yüksələcəyi, xüsusilə yay aylarında görünməmiş yüksək temperaturun olacağı gözlənilir.

 

Qeyd edək ki, yağıntıların azalması ilə bölgədə ciddi su və qida böhranı yaranacaq, bölgədə yaşayan 400 milyon insan dağıdıcı fəlakətlə üzləşəcək.