Yeni ölümcül virus yayılır - BƏƏ açıqlama yaydı

Tarix: 16:22 02.06.2023
Tanzaniya və Ekvatorial Qvineyada yeni virus yayılıb.
İnformator.az xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Verilən açıqlamada "BƏƏ vətəndaşlarına Marburq virusunun müşahidə olunduğu Tanzaniya və Ekvatorial Qvineyaya səfərlərini təxirə salmalarını tövsiyə edirik" bəyanatları daxil edilib.
Bəyanatda hazırda Tanzaniya və Ekvatorial Qvineyada olan BƏƏ vətəndaşlarını sayıq olmağa və səlahiyyətlilər tərəfindən verilən təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.
Küveyt Səhiyyə Nazirliyindən verilən açıqlamada isə vətəndaşlara "Marburq" virusu nəzarət altına alınana qədər Tanzaniya və Ekvatorial Qvineyaya səfərlərdən çəkinməyə çağırış edilib.
Qeyd edək ki, peyvəndi və ya xüsusi müalicəsi olmayan "Marburq" virusunun ölüm nisbəti 90%-a çata bilər.

1 may 2025-ci il tarixdən etibarən “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsini həyata keçirir.